Hansı xarici valyutaya investisiya etmək olar?

“Dost olmayan ölkələrin valyutaları investisiya üçün ən yaxşı variant deyil”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu iqtisadçı İlyas Zaripov bildirib.

Ekspertin fikrincə, “dost olmayan” ölkələrin valyutaları ilə işləmək hazırda kifayət qədər risklidir – onları istənilən vaxt dondurmaq olar. Bundan əlavə, Rusiya bankları bu cür valyutalarla əməliyyatlar üçün komissiyalar və digər məhdudiyyətlər tətbiq edib və ya tətbiq etməkdədir.

Həmçinin, Türkiyə, Qazaxıstan və Hindistanın valyutalarına investisiya qoymağa çalışmamalısınız - onlar dəyişkənliyi artırıblar və Hindistan rupisini ölkədən ümumiyyətlə çıxarmaq olmaz.

İnvestisiya üçün valyuta seçərkən ekspert qeyd edir ki, sabit xarici valyutalara - devalvasiyaya məruz qalmayanlara diqqət yetirmək lazımdır.

"Bu vəziyyətdə Çin yuanından əlavə, Honq-Konq dolları və BƏƏ dirhəmi ilə də investisiya etməyi düşünə bilərsiniz", - İlyas Zaripov bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə