Mirzə Fətəli Axundovun anadan olmasının 200 illiyi bir sıra türkdilli teatrlarda qeyd olunacaq

Mirzə Fətəli Axundovun anadan olmasının 200 illiyi bir sıra türkdilli teatrlarda qeyd olunacaq

2012-ci ildə Azərbaycanın görkəmli dramaturq Mirzə Fətəli Axundovun anadan olmasının 200 illiyi bir sıra türkdilli teatrlarda qeyd olunacaq. SİA-nın məlumatına görə, bunu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının rəhbəri İsrafil İsrafilov jurnalistlərə bildirib. Onun sözlərinə görə, məhz yubiley məqsədi ilə silsilə olaraq Mirzə Fətəli Axundovun əsərləri türkdilli teatrlarda səhnələşdiriləcək. Bu yubiley layihəsi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında da həyata keçiriləcək.

Yubileylə əlaqədar xüsusi konfransın keçirilməsinin planlaşdırıldığını da deyən İ. İsrafilov bu çərçivədə hazırlanacaq tamaşaların festivalının da keçiriləcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə