“Əl-Cəzirə” telekanalı Azərbaycan haqqında reportajlar yayımlayır

“Əl-Cəzirə” telekanalı Azərbaycan haqqında reportajlar yayımlayır

"Əl-Cəzirə" telekanalı Azərbaycan haqqında reportajların yayımına başlayıb. SİA-nın itv.az saytına istinadən verdiyi məlumata görə, ilk videomaterial ölkəmizin təbii sərvətlərinə həsr olunub.

Reportajda kanalın müxbiri Robin Forester-Uolker regionda Azərbaycanın neft-qaz sahəsində aparıcı rolundan söhbət açır.

Qeyd edək ki, "Əl-Cəzirə" növbəti materialında Dağlıq Qarabağ münaqişəsindən söhbət açılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə