Putin Çingiz Abdullayevi “Dostluq” ordeni ilə təltif etdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Xalq Yazıçısı Çingiz Abdullayevi “Dostluq” ordeni ilə təltif edib. SİA.AZ xəbər verir ki, mükafat yazıçıya Rusiyanın Azərbaycandakı səfiri tərəfindən təqdim ediləcək.

Qeyd edək ki, Rusiyanın “Dostluq ordeni” xarici vətəndaşlara xalqlar arasında sülhün, dostluğun, əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsindəki xüsusi xidmətlərinə, xalqların və mədəniyyətlərin yaxınlaşmasına və qarşılıqlı zənginləşdirilməsinə yönəlmiş səmərəli fəaliyyətlərinə görə verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə