“Azərbaycan dili - milli varlığımızdır” adlı esse müsabiqəsinə start verilib
F.Köçərli adına Respublika Uşaq Kitabxanası, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə layihəsi əsasında oxucular və dərnək üzvləri arasında esse müsabiqəsinə start verib. SİA-nın məlumatına görə, müsabiqənin keçirilməsində əsas məqsəd müstəqil yaradıcı gənc nəsildə ana dilimizin zənginliyini, saflığını qorumağı təbliğ etmək, istedadlarını üzə çıxarmaq, tədqiqatçılıq qabiliyyətlərini inkişaf etdirmək, onlarda milli-mənəvi dəyərləri formalaşdırmaqdan ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə