"La Skala” teatrı “Luçiya di Lammermur” operasının premyerasını ləğv edib
İtaliyanın məşhur “La Skala” teatrı Qaetano Donizettinin “Luçiya di Lammermur” operasının premyerasını ləğv edib.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə teatrın direktorlar şurası xəbər verib.
Bildirilib ki, mövcud epidemioloji vəziyyət və tətbiq olunan qaydalar əsərə quruluş verməyə maneə yaradır. Dekabrın 7-nə təyin olunan “Luçiya di Lammermur” operasının premyerası və digər tamaşalar təxirə salınıb.
Teatrın rəhbərliyi çıxış yolu tapmaq üçün alternativ variantlar axtarır. Tamaşaçıların teatra gəlişi yolverilməzdir. Belə olan halda tamaşanın canlı nümayişi ancaq televiziya kanalları vasitəsilə mümkün ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB