Respublika Uşaq Kitabxanası vətənpərvərlik mövzusunda videoçarx təqdim edib
Vətən bizim varlığımızdır, fəxrimizdir, qürurumuzdur. Neçə-neçə qəhrəmanımız torpaqlarımız uğrunda canlarından keçib. Vətənpərvərlik vətənə məhəbbət, əcdadların ənənələrinə hörmət deməkdir.
Respublika Uşaq Kitabxanasının kollektivi Azərbaycan Ordusunun şanlı tarix yazdığı bu günlərdə “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” deyir. Elə bu məqsədlə kitabxananın əməkdaşları vətənpərvərlik mövzusunda videoçarx təqdim edib.
SİA-nın məlumatına görə, videoçarxda kitabxana əməkdaşlarının ifasında Azərbaycanın görkəmli ziyalılarına məxsus fikir və sitatlar səsləndirilib.
Qeyd edək ki, videoçarx kitabxananın “Facebook”, “Instagram”, “Twitter” sosial şəbəkələri, “YouTube” və kitabxananın internet ünvanı vasitəsilə təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB