Balacalar Ordumuza şeirləri ilə dəstək olublar

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Ordumuza dəstək olaq” layihəsi çərçivəsində bir-birindən maraqlı təqdimatlarla izləyicilərini sevindirir.
İdarədən Sİa-ya bildirilib ki, Azərbaycan xalqı bu günlərdə taleyüklü, eyni zamanda, qürurverici tarixə şahidlik edir. Bu şanlı tarixi döyüş meydanında qəhrəman əsgərlərimiz yazır.
Dövlətimizin suverenliyi və ölkəmizin ərazi bütövlüyü üçün tarixi əhəmiyyət kəsb edən bu dövrdə kitabxana və fəal oxucuları Ordumuza mənəvi dəstək, xalqımızda vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə müxtəlif videoçarxlar hazırlayaraq paylaşırlar.
Bu işdə kitabxanaya Xəzər rayonunun məktəbliləri və kitabxananın oxucuları çox böyük köməklik göstərir.
Qeyd edək ki, bu çarxlar balacalarımıza vətənpərvərlik hissinin aşılanmasına kömək edir.
Videoçarxları kitabxananın “YouTube” kanalından izləyə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə