Kitabxana “Xoş gəldin Zəngilan” adlı videoçarx hazırlayıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi "Xoş gəldin Zəngilan" adlı videoçarx hazırlayıb. SİA-nın məlumatına görə, videoçarxda Zəngilan rayonunun abidələrindən, gözəl təbiətindən və rayonun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan Vətən oğullarından bəhs edilib.

Bildirilir ki, Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Rayon işğal olunmazdan qabaq erməni qüvvələri tərəfindən tam mühasirəyə alınıb və on minlərlə insan qırılmaq təhlükəsi ilə üz-üzə qalib. Hər tərəfdən mühasirədə qalan sakinlər Araz çayını keçərək xilas olublar.

Uzun müddət düşmən tapdağında qaldıqdan sonra 2020-ci il oktyabrın 20-də Zəngilan şəhəri və Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri, oktyabrın 21-də Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qıraq Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri, oktyabrın 22-də isə Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə