Onbirillik musiqi məktəbinin növbəti uğuru

Onbirillik musiqi məktəbinin növbəti uğuru

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbi “Astana ulduzları” Beynəlxalq Festival Hərəkatı Təşkilatçılığı ilə keçirilən I Beynəlxalq “Grand Piano” onlayn müsabiqəsində uğurla iştirak edib. İdarədən SİA-ya bildirilib ki, müsabiqədə musiqi məktəbinin fortepiano ixtisası üzrə VI sinif şagirdi Samirə Cəfərli uğurlu çıxış edərək Qran-Pri ilə mükafatlandırılıb.

Həmçinin məktəbin Əməkdar mədəniyyət işçisi Tamilla Məmmədova gənc nəslin musiqi və estetik tərbiyəsində əvəzsiz töhfələrinə görə təşəkkürnamə ilə mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə