“Qarabağ – mədəniyyətimizin beşiyi”: Laləzar körpüsü

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.

Mədəniyyət Nazirliyindən SİA-ya bildirilib ki, Laləzar körpüsü Qubadlı rayonu Əliquluuşağı kəndindən keçən Bərguşad çayı üzərində 1867-ci ildə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə