“Ayrı seçkiliksiz gələcəyim” adlı foto-müsabiqə keçirilir

Avropa Şurası (AŞ) və Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri üzrə “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II” (PGG II) birgə proqramı çərçivəsində “Ayrı seçkiliksiz gələcəyim” adlı foto-müsabiqə keçirilir.

Nazirlikdən SİA-ya verilən xəbərə görə, müsabiqənin məqsədi bərabərlik, ayrı-seçkiliyin qarşısının alınması, müxtəliflik, birgə yaşama, milli azlıqlar və gender bərabərliyi kimi mövzuların ölkələr üçün kəsb etdiyi əhəmiyyəti göstərməkdən ibarətdir.

Müsabiqədə iştirak etmək üçün qeyd olunan mövzulara aid olan foto-şəkilləri ingilis dilində maksimum 40 sözdən ibarət başlıq ilə “Instagram” sosial media platformasında “#PGG4citizens” həştəqi ilə paylaşıb Avropa Şurasının hesabını (@councilofeurope) qeyd etmək lazımdır.

Ətraflı məlumt www.pjp-eu.coe.int internet səhifəsindən əldə edilə bilər.

Müsabiqə 15 noyabr 2020-ci il tarixinədək davam edəcək. Ən yaxşı foto-şəkillər AŞ kanalları vasitəsi ilə nümayiş etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə