“Məhəmməd Hadi” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

XX əsr Azərbaycan klassiklərindən, dünya romantizminin orijinal simalarından olan Məhəmməd Hadi ədəbiyyatımız tarixində şərəfli yer tutur. O, milli romantizmin ideya-estetik prinsiplərini zəngin bədii yaradıcılıq təcrübəsində və ədəbi tənqidi əsərlərində əsaslandırmışdır.

Daima dahi şəxsiyyətlərimizi təbliğ edən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası bu dəfə “Məhəmməd Hadi” adlı sərgini virtual rejimdə istifadəçilərə təqdim edib.

Kitabxanadan SİA-ya bildirilib ki, virtual sərgidə Məhəmməd Hadinin həyat və yaradıcılığı haqqında materiallar, fotolar, müəllifi olduğu eləcə də, haqqında yazılan kitab və məqalələr təqdim olunur.

Hadi türk, Şərq və Avropa ədəbiyyatlarını, fəlsəfəsini dərindən mənimsəmiş və bütün bu təsirləri şeirlərində yaradıcı şəkildə əks etdirmişdir. Hadinin şeirlərində milli insan böhranı, milli varlıq problemi öz əksini tapmışdır.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Mehemmed_Hadi/index.htm linkindən istifadə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə