“Qarabağ – mədəniyyətimizin beşiyi”: Şəlvə sövməəsi

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.

Mədəniyyət Nazirliyindən SİA-ya bildirilib ki, Şəlvə sovməəsi Laçın rayonunun Şəlvə kəndində XV əsrə aid edilən sovməə tipli alban məbədləri sırasına daxildir.

Laçın rayonu 18 may 1992-ci ildə Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal olunub.

Tarixi abidə hal-hazırda Ermənistanın işğalı altında olduğundan taleyi haqqında dəqiq məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...