"Balalarımızın oyuncaqları dağınılar altında qalıb"

Əslən gəncəli olan Əməkdar artist Kübra Əliyeva cəbhə bölgəsində baş verən hadisələrdən danışıb. SİA-nın məlumatına görə, ifaçı bu haqda verilişlərin birində bəhs edib: "42 ildir səhnədəyəm. Səhnədə olduğum müddət ərzində Şuşada və bir çox işğal alında olmuş torpaqlarımızda qastrol səfərlərdə olmuşam.

Mən əslən Gəncəliyəm. Uşaqlığım orada keçib. Bir neçə gün bundan öncə təcavüzkar ermənilər tərəfindən darmadağın edilən Gəncəyə getdim. Qədim Gəncə çox pis halda idi. Binalar uçmuşdu. Dünyasını dəyişmiş balalarımızın oyuncaqları dağınılar altında qalmışdı. Buna ürək dözər? Allah ölənlərimizə rəhmət eləsin. Yaralılarımız sağlamlıqlarına qovuşsunlar.

Onu da qeyd edim ki, hazırda cəbhə bölgəsində döyüşlər gedir. Allah Ordumuzu, Ölkə Başçısı İlham Əliyevi, xalqımızı qorusun. Hər an Allaha dua edirəm ki, əsgərlərimizin, mülki şəxslərimizin ölüm xəbərini almayaq. Allah şəhidlərimizə rəhmət eləsin. Ailələrinə səbr versin".

Bütün xəbərlər Facebook səhifəmizdə