“Qarabağ – mədəniyyətimizin beşiyi”: Qutlu Musa türbəsi

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.

Mədəniyyət Nazirliyindən SİA-ya bildirilib ki, Qutlu Musa türbəsi Ağdam rayonunun Xaçındərbətli kəndində yerləşir. Xaçındərbətli abidəsinin giriş qapısı üzərindəki kitabə, onun 1314-cü ildə ustad Şahbənzər tərəfindən Musa oğlu Kutlunun məzarı üzərində tikildiyini göstərir.

Ağdam rayonu 1993-cü ildən Ermənistan tərəfindən işğal edildikdən sonra abidənin hazırki vəziyyəti məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...