"Arif Məlikov: tarix və müasirlik” kitabı çap olunub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyeva-İbrahimovanın “Arif Məlikov: tarix və müasirlik” kitabı çapdan çıxıb.

Nazirlikdən SİA-ya verilən xəbərə görə, kitabda görkəmli bəstəkar, SSRİ Xalq artisti, akademik Arif Məlikovun yaradıcılığında xüsusi yer tutan kamera-instrumental və kamera-vokal əsərlərinin sistemli təhlili aparılıb. Nəşrdə həmçinin bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş məqalələr və onunla bağlı xatirələr də yer alıb.

Professional musiqiçilər və geniş oxucu kütləsinə ünvanlanan kitab “Şərq-Qərb nəşriyyatında işıq üzü görüb.

Kitab Mədəniyyət Nazirliyinin tabeliyində olan müvafiq qurumlara və kütləvi kitabxanalara paylanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...