“Lev Tolstoyun qızı erməni vəhşilikləri haqqında” sənədli material xarici KİV-lərdə

Türkiyənin “Alternatiftarih” portalı, Birləşmiş Ərəb Əmirliklərinin məşhur “Saadaonlaine” portalı, Misirin populyar “Əl-Vəsilə”, “Nile Nyus”, “Əl-Braq Nyus”, “Dmc Nyus”, İraqın “İraq Nyus” xəbər portalları Dövlət Tərcümə Mərkəzinin beynəlxalq virtual aləmdə yayılması məqsədilə müxtəlif dillərdə hazırladığı “Lev Tolstoyun qızı erməni vəhşilikləri haqqında” sənədli materialın yayımına başlayıb.

SİA-nın məlumatına görə, material 1915-ci ildə ermənilər tərəfindən Van şəhərinin dinc əhalisinə – türklərə qarşı törədilən soyqırımın canlı şahidi olmuş Aleksandra Tolstoyun xatirələrini əks etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə