Nizami Kino Mərkəzindən amerikalı aktyora ETİRAZ

Amerikalı aktyor Mel Gibsonun Dağlıq Qarabağ ərazisindəki separatçı rejimə verdiyi dəstək paylaşımı bizim haqlı etirazımıza səbəb olub. SİA-nın məlumatına görə, onun bu paylaşımı, Azərbaycanın tarixi, bu günü və sabahı haqqında heç bir məlumatı olmadığından xəbər verir və bizim tərəfdən işğala, terrorizmə dəstək kimi qəbul edilir.

Bundan sonra, etiraz olaraq, Nİzami Kino Mərkəzi onun iştirakı ilə çəkilən filmlərin nümayişindən imtina edir. Bütün dünya bilməlidir ki, Qarabağ Azərbaycandır!

Bütün xəbərlər Facebook səhifəmizdə