Azərbaycanlı yazıçının hekayəsi Rusiyada dərc olunub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına gənc yazıçı Pərvanə Qarayevanın təqdim etdiyi “İnsanlığın hekayəsi” adlı əsəri Rusiyanın proza.ru saytında dərc edilib.

İdarədən SİA-ya bildirilib ki, müharibə mövzusunda qələmə alınan hekayə Azərbaycanda fəaliyyət göstərən bir çox saytlarda və ədəbiyyat jurnallarında dərc edilib.

Müəllif bildirib ki, müharibə bəşəriyyətin ümumi bəlası olduğundan hekayədə konkret zaman və məkan göstərilməyib. Hekayənin əsas ideyası insanların bir-birlərinə olan insanlıq borcunun ən çətin anlarda qalib gəlməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə