“Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi davam edir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi davam edir.

Kitabxanadan SİA-ya bildirilib ki, layihə çərçivəsində növbəti dəfə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Sənəm Səfərova (Sənəm Səbayel) “Ölümü öldürən ölməz” şeirini təqdim edib.

Torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçən şəhidlərimiz and yerimiz, qürurumuz, fəxrimizdir. Şəhidlik bir zirvədir. Bu zirvəyə ucalan, əbədi ömür qazanan igid Vətən oğul və qızlarının xatirəsini əziz tutmaq hər birimizin müqəddəs borcudur.

Şairə Sənəm Səbayel də öz hisslərini misralara çevirərək oxuculara çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə