“Qarabağ – mədəniyyətimizin beşiyi”: Köçərli məscidi

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.

Mədəniyyət Nazirliyindən SİA-ya bildirilib ki, layihə çərçivəsində növbəti material Köçərli məscidinə həsr edilib.

Köçərli məscidi Şuşa şəhərində yerləşən XIX əsrə aid memarlıq abidəsidir. Bəhmən Mirzənin saray kompleksinə aid olan tarixi məscid XIX əsrin sonlarında Şuşada fəaliyyət göstərən on yeddi məsciddən biri idi.

Məscid 1992-ci ilin mayında Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra vandallar tərəfindən yandırılmış və dağıdılmışdır.

Qeyd edək ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə