Azərbaycanın dörd yazıçısının əsəri Fransada çap olunub

Fransanın Strasburq şəhərində fəaliyyət göstərən “Kəpəz” nəşriyyatında dörd həmyerlimizin əsəri - Şərif Ağayarın “Arzulardan sonrakı şəhər”, Nadir Adilmanın “O gələcəkmi?”, Reyhan Həsənovanın “Göydən üç alma düşdü” və Mübariz Örənin “Sodomor” romanları işıq üzü görüb.

SİA-nın məlumatına görə, dərc edilən kitablar Fransanın kitab dükanlarının və böyük yayım şirkətlərinin satış siyahısındadır.

Hazırda nəşriyyatda 13 kitab üzərində də iş gedir.

Onu da qeyd etməyə dəyər ki, “Arzulardan sonrakı şəhər” romanı müharibə mövzusundan bəhs edir və kitabın təqdimatında müəllifin doğulduğu Laçın rayonunun işğal altında olduğu qeyd olunub. Roman nəşriyyat tərəfindən Fransada nüfuzlu müsabiqələrə təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə