Gülarə Munis şəhid Emin Əliyevə həsr etdiyi nağılı təqdim edib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının fəxri oxucusu, kitabxanada həyata keçirilən “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsinin iştirakçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, şairə Gülarə Munis həyatını Qarabağın azad olunması yolunda fəda etmiş şəhidlərimizə həsr etdiyi silsilə nağılları təqdim edir.

SİA-nın məlumatına görə, balaca oxucular və izləyicilər üçün təqdim edilən İlk nağıl şəhid Emin Əliyevə həsr edilib. Müəllif tərəfindən səsləndirilən bu nağıl yazıçının “Göydən alma düşmədi” kitabında yer alıb. Yazıçı Xəzər adlı dənizin sahilində Buzovna adlı qəsəbədə dünyaya göz açan, Ağdam uğrunda döyüşlərdə şəhid olmuş Emin Əliyevin döyüş yolu, şəhidlik zirvəsinə ucalması haqqında məlumat verir. Yazıçı inamla bildirir ki, işğal altında olan bütün Azərbaycan torpaqları azad olacaq, bu vaxt Emin və onun cəbhə dostları “Ağ buludlar”ın arasından doğma kəndinə, əziz məktəbinə əl edəcək, bu vaxt göydən məktəbin üzərinə ağ çiçəklər səpiləcək.

Yazıçı-publisist, şairə Gülarə Munisin Ağdam uğrunda döyüşlərdə şəhid olmuş Emin Əliyevin xatirəsini əbədiləşdirmək üçün yazdığı “Emin, sən ölməmisən!” kitabını onun valideyinlərinə təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...