Hollivudun “Technicolor şahzadəsi” vəfat etdi

Hollivudun görkəmli aktrisası Ronda Fleminq 97 yaşında Kaliforniyanın Santa Monika şəhərində dünyasını dəyişib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə onun köməkçisi Karla Sapon məlumat verib. Bildirib ki, məftunedici kürənsaç və yaşıl gözlü amerikalı aktrisa “Technicolor şahzadəsi” adı ilə tanınırdı.

“Technicolor şahzadəsi” adı, ağ-qara kinonun tədricən aradan qalxdığı zamanda aktrisanın hər dəfə yeni səhnələrə gəlişində saçlarının və gözlərinin təbii rənginə istinadən verilmişdi.

Model və aktrisa qızı olan Ronda Fleminq hələ iyirmi yaşı olarkən Alfred Hiçkokun “Spellbound” filmində ilk və əhəmiyyətli rolunu almışdı. Filmdə onunla İnqrid Börqman və Qreqori Pek çəkiliblər.

Aktrisa məşhurluq qazandıqca sonradan “Out of the Past”, Binq Krosbi ilə birlikdə “A Connecticut Yankee in King Arthur's Court” musiqili komediyasına, Bört Lankaster və Kirk Duqlasla eyni səhnəni bölüşdüyü “Gunfight at the O.K. Corral” ekran əsərlərində yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...