Vaqif Səmədzadən 70 illik yubileyinə görə fəxri diplom təqdim edilib
Sumqayıt Dövlət Dram Teatrının aktyoru Vaqif Səmədzadənin 70 illiyi ilə əlaqədar teatrda pandemiya dövrünün tələbləri çərçivəsində kollektivin yaradıcı heyətinin kiçik heyətlə görüşü keçirilib. Teatrdan SİA-ya verilən xəbərə görə, teatrın direktoru Əməkdar artist Mübariz Həmidov yubilyarı təbrik edib və gələcəkdə də müvafiq rollar üçün müqavilə əsasında aktyorla əməkdaşlığın mümkünlüyünü bildirib. Direktor Sumqayıt Dövlət Dram Teatrında hər zaman veteran aktyorlara diqqət və qayğının mövcudluğunu, Vaqif Səmədzadənin də bundan sonra eyni qayğıya şahid olacağını söyləyib.
Baş rejissor Xalq artisti Firudin Məhərrəmov, Əməkdar artistlər Namis Şirməmmədov, Növrəstə Həşimova, İlahə Səfərova, Vidadi Məmmədov və direktor müavini Maya Məmmədova Vaqif Səmədzadənin işə hər zaman şövqlə yanaşmasından, insani keyfiyyətlərindən danışıblar. Həmkarlar Komitəsinin Sumqayıt Dövlət Dram Teatrı üzrə sədri Zöhrəli Əliyev mədəniyyət işçiləri və kollektiv adından yubilyara təbrikini çatdırıb.
Sonda teatrın direktoru Sumqayıt Dövlət Dram Teatrının kollektivi adından yubilyara 70 illik yubileyi və uzun illik səmərəli fəaliyyətinə görə fəxri diplom təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB