Azərbaycan Milli Xalça Muzeyi cəmiyyətin müxtəlif hədəf qruplarının maraqlarını nəzərə alaraq, onları növbəti yenilikləri ilə sevindirməyə davam edir. Muzeydən SİA-ya bildirilib ki, çərşənbə axşamı uşaqlar və böyüklər üçün nəzərdə tutulan ustad dərsləri keçiriləcək.

Ustad dərslərdə istifadə olunan bütün materiallar muzey tərəfindən təmin edilir və uşaqlar öz əlləri ilə yaratdıqları nümunəni özləri ilə aparırlar.

Həftənin çərşənbə günü 12:00-da - oxu saatında balacalar “Uçan xalça” müəllif nağılını dinləməyə, dördüncü gün isə muzeyin Uşaq şöbəsi tərəfindən göstərilən maraqlı tamaşalara baxa bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə