“Tarixin yaddaşı silinmir” adlı onlayn seminar təşkil edilib

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi “Tarixin yaddaşı silinmir” adlı onlayn seminar təşkil edib. SİA-nın məlumatına görə, seminarda mərkəzdə illər ərzində bərpa edilmiş müharibə illərini əks etdirən nadir muzey əşyalarının bərpadan əvvəl və bərpadan sonrakı vəziyyətlərini göstərən təqdimat olub. Təqdimatda Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin çəkdiyi diplom işi, cəbhədən göndərdiyi məktubu, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanova məxsus geyim nümunəsi, Xalq rəssamı Əzim Əzimzadənin müharibə əleyhinə karikatura və plakatları, Xalq rəssamı Maral Rəhmanzadənin bu mövzuya həsr olunmuş bir sıra işləri eləcə də, həmin dövrdə Azərbaycanın ictimai xadimlərinin, xalq rəssamlarımızın, ədiblərimizin, bəstəkarlarımızın ağır müharibə illərinə baxmayaraq fəaliyyətlərini davam etdirmələrini əks etdirən faktlar əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...