“Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi davam edir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkil etdiyi “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsinə AYB-nin üzvü, “Ömür axarı”, “Vətənsevər” və s. kitabların müəllifi olan Bədirə Rza Həsənqızı tərəfindən Azərbaycanın Milli Qəhrəmanlarına həsr etdiyi şeirlər və esselər təqdim olunub.

Kitabxanadan SİA-ya bildirilib ki, şair şəhidlər və Qarabağ haqqında yazdığı şeirləri ilə Azərbaycan xalqının qəlbindən keçənləri qələmi ilə ifadə edib.

“Gülüstan” və “Xəzər nəğmələri” ədəbi birliklərinin üzvü olan Bədirə Rza Həsənqızının təqdim etdiyi “Hünər göstər!”, “Şəhid ömrü”, “Gözlə Haqqın şahidini”, “Haqq yolu”, “Kim bilməlidir?”, “Əsir yurda doğru...”, “Xocalısız, Qarabağsız”, “Bir yürüş lazımdı...”, “Nisgilimsən, Qarabağım”, “Yazacaq tarix qanlı sinləri”, “Heyif dedim”, “Biz borcluyuq şəhidlərə”, “Daim kömək olaq Vətənsevərə”, “Sən, zəfər nəğməsini söylə...”, “Mücadilə – alın yazımız” adlı şeirləri pdf formasında yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə