Musiqili Teatr mövsümü "Ər və arvad" tamaşası ilə açdı VİDEO+FOTO

Dünyanı cənginə alan koronavirus səbəbindən Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da yeni mövsümünə fərqli başlayıb. Tamaşaçıların adət etdiyi teatr mövsümünün açılış mərasimi bu dəfə vəziyyətə uyğun olaraq virtual məkanda baş tutub.

Teatrdan SİA-ya verilən xəbərə görə, əvvəlcə Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev teatrsevərlərə videomüraciət edərək, onları teatrın 111-ci mövsümün başlanması, eyni zamanda Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin 135 illik yubileyi münasibətilə təbrik edib. Daha sonra o, sosial şəbəkə izləyicilərini "Üzeyir Hacıbəyli həftəsi" çərçivəsində dahi bəstəkarın ölməz əsərlərindən biri — "Ər və arvad" operettasına baxmağa dəvət edib.

Vurğulayaq ki, teatr böyük Üzeyir bəyin yubileyi münasibətilə sentyabrın 19-da "O olmasın, bu olsun", 20-də isə "Arşın mal alan" əsərlərini təqdim edəcək. Həmin tamaşalar da saat 19:00-da teatrın rəsmi "Facebook" səhifəsində onlayn nümayiş olunacaq.

https://www.facebook.com/watch/live/?v=674803456470277&ref=watch_permalink

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...