Azərbaycan Milli Xalça Muzeyində “Samovarın tarixi və samovar çayının faydaları” mövzusunda mühazirə təqdim olunub. Muzeydən SİA-ya bildirilib ki, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti, professor Tahir Əmiraslanovun iştirakı ilə reallaşan mühazirədə samovarın tarixinə dair mübahisəli fikirlərə aydınlıq gətirilib, həmçinin samovar çayının insan orqanizminə faydalarından bəhs olunub.

Karantin qaydalarına əsasən, mühazirədə 10 nəfər iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə