Üzeyir Hacıbəylinin 135 illiyi münasibətilə Telefestival keçirilir

2009-cu ildən etibarən hər il Mədəniyyət Nazirliyi tərəfindən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil olunur. Bu il, məlum olduğu kimi, bütün dünyanı cənginə alan koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə karantin rejimi tətbiq olunur. Karantin rejiminin yaratdığı mövcud vəziyyəti nəzərə alaraq Üzeyir Hacıbəylinin 135 illiyi münasibətilə bu il Telefestival keçirilir.

SİA-nın məlumatına görə, festival Mədəniyyət Nazirliyi və AzTV-nin "Mədəniyyət" kanalının birgə layihəsidir.

Festivala bu gün başlayır və sentyabrın 30-dək davam edəcək. "Mədəniyyət" kanalında yayımlanacaq proqrama ötən illərdəki festivallarda səsləndirilmiş ifalar daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...