"Fəxri adlara təqdim olunacaq namizədləri müstəqil komissiya müəyyənləşdirəcək"

Fəxri adların verilməsi ilə bağlı dediyim fikir düzgün anlaşılmayıb, söhbət gələcəkdə fəxri adların verilməsi ilə bağlı sui-istifadə hallarının qarşısının alınmasından gedir. SİA-nın məlumatına görə, bunu jurnalistlərə Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

O bildirib ki, bu məqsədlə gələcəkdə hüquqi tənzimləyici mexanizmin həyata keçirilməsi təklif edilib: “Bu mexanizmdə konkret meyarlar olacaq. Bu meyarlar vasitəsilə fəxri adlara təqdim olunan namizədlərin nəzərdən keçirilməsi müstəqil komissiya tərəfindən müəyyənləşdiriləcək. Hesab edirik ki, qərarın gizli şəkildə qəbul edilməsi məqsədəuyğun olacaq. Bu, bizim təklifimizdir. Bununla da gələcəkdə prosesdə hər hansı sui-istifadə hallarının qarşısını ala biləcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...