Gənclər Kitabxanası Milli Musiqi Günü münasibətilə silsilə materiallar hazırlayıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Milli Musiqi Günü ilə əlaqədar silsilə xarakterli materiallar hazırlayaraq sosial şəbəkə istifadəçilərinə təqdim edib. SİA-nın məlumatına görə, kitabxana əməkdaşları bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq, ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyov haqqında geniş virtual sərgi hazırlayıblar. Virtual sərgidə bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verilir, böyük şəxsiyyətlərin dahi bəstəkar haqqında söylədikləri fikirlər, müəllifi olduğu əsərlər yer alıb. Hazırlanan materialda həmçinin Üzeyir Hacıbəyli haqqında mətbuat səhifələrində çıxan məqalələr, əsərləri əsasında hazırlanan tamaşaların afişaları, Üzeyir bəyin ev-muzeyi haqqında məlumatlar da öz əksini tapıb. Virtual sərgidə Üzeyir bəyin fotoqalereyası da təqdim olunub.

Bundan əlavə Milli Musiqi Günü ilə əlaqədar kitabxana əməkdaşları tərəfindən görkəmli ifaçılarımıza həsr edilmiş videoçarxlar da hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə