BMM Musiqi günündə onlayn konsertlər təqdim edəcək

18 sentyabr Musiqi günü ilə əlaqədar Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Muğam axşamları” layihəsi gün ərzində 12:00, 15:00 və 17:00-da İçərişəhərdə Şirvanşahlar sarayı kompleksində, XVII əsrin memarlıq abidəsi olan Yeraltı hamamda və Bakı Xan Sarayının ərazisindən onlayn olaraq yayımlanacaq. Konsert proqramında 20-ə yaxın musiqi nömrəsi təqdim olunacaq.

SİA-nın məlumatına görə, layihənin konsertlərini “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və BMM-nin sosial şəbəkələri vasitəsilə izləmək mümkündür.

Qeyd edək ki, proqramda BMM-nin solistləri , Əməkdar artistlər Səbuhi İbayev, İlkin Əhmədov, Təyyar Bayramov, xanəndələr Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Elgiz Əliyev, Səbinə Ərəbli, Rəvanə Qurbanova, Almaxanım Əhmədli , Ayşən Mehdiyeva çıxış edəcəklər. Solistləri Beynəlxalq Muğam Mərkəzinin musiqi kollektivi müşayiət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə