Milli Musiqi Günü ilə əlaqədar onlayn tədbir təşkil edilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 18 Sentyabr - Milli Musiqi Gününə həsr olunmuş onlayn tədbir keçirib. Tədbirin qonağı Səməd bəy Mehmandarov və Hacı Zeynalabdin Tağıyev nəsillərinin davamçısı, Vyana konservatoriyasını bitirmiş ilk azərbaycanlı, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru Mustafa Mehmandarov olub.

Bu barədə SİA-ya Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemindən məlumat verilib. Bildirilib ki, onlayn tədbirdə Mustafa Mehmandarov Milli Musiqi Gününün dahi Ü.Hacıbəylinin doğum günü ilə bağlı olduğunu vurğulayıb. O, həmçinin Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin eyni ildə, eyni gündə dünyaya göz açmaqlarından və qohumluq münasibətlərindən danışıb. Onlar haqqında maraqlı faktlar qeyd edən Mustafa Mehmandarov izləyicilərin rəğbətini qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...