“Forrest Qamp” kitabının müəllifi 77 yaşında ABŞ-da vəfat edib
“Forrest Qamp” kitabının müəllifi Uinston Qrum 77 yaşında ABŞ-da vəfat edib.
SİA "vestikavkaza.ru" saytına istinadla xəbər verir ki, bu barədə Alabama ştatının Ferhop şəhərinin meri Kerin Uilson məlumat yayıb.
“Forrest Qamp” kitabı ekranlaşdırılması nəticəsində 1986-cı ildə müəllifin ən populyar əsərinə çevrildi. Film altı dəfə Oskar mükafatına layiq görülüb. Kitabda hadisələr əqli cəhətdən geri qalmış gəncin dilindən söylənilir.
1995-ci ildə U.Qrum kitabın davamı olaraq “Qamp və kompaniya” əsərini yazır. O, əsərin ekranlaşdırılmasına çalışsa da, baş tutmur. U.Qrum, həmçinin sənədli nəsr janrında bir neçə kitab yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB