Ənənəvi olaraq hər il sentyabr ayında yeni mövsümünə başlayan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı koronavirus pandemiyası ilə əlaqədar karantin şəraitində bu il bir qədər fərqli şəkildə öz tamaşaçıları ilə görüşəcək. Teatrdan SİA-ya verilən xəbərə görə, bu məqsədlə teatrın virtual repertuarı tərtib edilmiş və ilk olaraq sentyabrın 19-da opera həvəskarları internet üzərindən (teatrın www.tob.az saytında və "Youtube" də dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "Koroğlu" operasının tamaşasını seyr edə biləcəklər.
Qeyd edək ki, tamaşada əsas rolları Əməkdar artistlər Ramil Qasımov (Koroğlu), İlahə Əfəndiyeva (Nigar), Cahangir Qurbanov (Həsən xan) və b. ifa edəcəklər.
Eyni zamanda sentyabrın 20-də F.Əmirovun "Min bir gecə" baleti, sentyabrın 23-də M.Maqomayevin "Şah İsmayıl" operası, sentyabrın 26-da V.A.Motsartın "Hamı belə edir" operası, 27-də N.Əliverdibəyovun "Cırtdan" uşaq operası və sentyabrın 30-da Q.Qarayevin "Yeddi gözəl" baletinin tamaşaları nümayiş olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB