Almaniyanın Düsseldorf şəhərində keçiriləcək 56-cı Eurovision Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Eldar Qasımov və Nigar Camal finala vəsiqə qazanıblar. SİA-nın məlumatına görə, təmsilçilər 18-ci səhnəyə çıxıblar.
Təmsilçilərimiz isveçli müəlliflərə məxsus olan "Running Scared" mahnısı ilə Avropa ictimaiyyəti qarşısında çıxış ediblər. I yarımfinalda ümumilikdə 19 ölkə finala çıxmaq uğrunda mübarizə aparıb.
19 ölkədən 10-u mayın 14-də keçiriləcək final mərhələsində iştirak hüququ qazanıb. Bu ölkələr siyahısında Serbiya, Litva, Yunanıstan, Macarıstan, Finlandiya, Rusiya, Gürcüstan, İslandiya, İsveçrə finala vəsiqə qazanan onluğun daxilində idilər.
Maraqlısı o olub ki, Türkiyə finala vəsiqə qazana bilməyib. Onu da qeyd edək ki, Ermənistan da finala vəsiqə qazanmayanlar sırasında olub.
Azərbaycanla yanaşı, bu gün Türkiyə, Rusiya, Gürcüstan, Ermənistan təmsilçiləri də finala çıxmaq uğrunda yarışıblar. Səsvermə həm tamaşaçılar, həm də münsiflər tərəfindən aparılacaq. Eyni zamanda bu il daha bir yenilik səsvermənin teleqraf əsasında da keçirilməsi olub.
Almaniyanın Düsseldorf şəhərində keçirilən "Eurovision-2011" mahnı müsabiqəsində 43 ölkə iştirak edir. Müsabiqənin II yarımfinalı mayın 12-də baş tutacaq, final mərhələsi isə mayın 14-də olacaq. Hər yarımfinalda 19 ölkədən 10-u finala vəsiqə qazanacaq və finalda 25 ölkə birincilik uğrunda yarışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB