Xalq artisti , Beynəlxalq Muğam Mərkəzinin direktoru , tanınmış pianoçu Murad Hüseynov 16 -18 oktyabr tarixlərində Gürcüstanin Batumi şəhərində UNESCO-nun dəstəyi ilə keçiriləcək festivalda dünyanın tanınmış musiqiçiləri ilə birgə səhnəni bölüşəcək. SİA-nın məlumaına görə, Xalq artistinin çıxış edəcəyi festival gününün konsertini Baku Media Center lentə alacaq . Pianoçu festivalın formatına uyğun olaraq klassik əsərlərdən ibarət rəngarəng proqramla çıxış edəcək. Festivalın tərəfdaşları sırasında Gürcüstanın Pos TV telekanalı, İtaliyanın Gürcüstandakı səfirliyi, Michel Sogny “SOS Talents” fondu , Gürcüstan Fransa İnstitutu və digər beynəlxalq təşkilatlar yer alır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB