Milli Kitabxana “Musiqi kitabxanası” adlı layihəni istifadəçilərin ixtiyarına verib
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası istifadəçilərə “Musiqi kitabxanası” adlı yeni layihəsini virtual rejimdə təqdim edib. Kitabxanadan SİA-ya bildirilib ki, layihə “Musiqi ədəbiyyatı”, “Notlar” və “Səsyazıları” bölmələrini əhatə edir. “Musiqi ədəbiyyatı” və “Notlar” bölmələrində Milli Kitabxananın fondunda olan musiqi ədəbiyyatları əlifba sırası üzrə yerləşdirilib və bütün ədəbiyyatlar elektron resursları ilə istifadəçilərə təqdim olunur. Azərbaycan, rus və digər dillərdə olan notlar da bölməyə daxil edilib. “Səsyazıları” bölməsində isə həm Azərbaycan bəstəkarlarına, həm də Azərbaycan xalq musiqisinə dair səsyazıları verilib. Azərbaycan xalq musiqisi yarımbölməsində Muğamlar, Zərb muğamları və şikəstələr, Azərbaycan xalq mahnıları, Qəhrəmanlıq təranələri, Azərbaycan xalq rəqs musiqisi və Aşıq musiqisi təqdim olunur.
Layihədə, həmçinin Azərbaycanın görkəmli bəstəkarları haqqında məlumatlar da öz əksini tapıb.
Layihə ilə tanış olmaq istəyənlər http://anl.az/el/musiqi_kitabxanasi/index.php linkindən istifadə edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB