Şirvanşahlar Sarayı Kompleksinin 360 dərəcəli 3D virtual görüntüsü yaradılacaq FOTO
İçərişəhər, Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20-ci ildönümü münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən silsilə tədbir və layihələr davam etdirilir.
Qoruq İdarəsindən SİA-ya bildirilib ki, Şirvanşahlar Sarayı Kompleksində “İçərişəhər” DTMQİ ilə Almaniyanın “EKM” Global Consulting GmbH” şirkəti arasında qarşılıqlı əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumu idarənin aparat rəhbəri Read Qasımov və şirkətin rəhbəri Elşən Musayev imzalayıblar.
Layihə çərçivəsində XII-XV əsrlərə aid olan Şirvanşahlar Sarayı Kompleksinin 360 dərəcəli 3D virtual görüntüsü yaradılaraq ictimaiyyətə təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB