Nəğməkar şair Nüsrət Kəsəmənli haqqında videoçarx hazırlanıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı nəğməkar şair Nüsrət Kəsəmənli haqqında videoçarx hazırlayıb. Kitabxanadan SİA-ya bildirilib ki, videoçarxda şairin həyat və yaradıclığı haqqında məlumat verilib.

Qeyd edək ki, Nüsrət Kəsəmənli 1946 -cı il dekabrın 29-da Qazax rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

1960-cı ilin əvvəllərində bədii yaradıcılığa başlayıb. Nüsrət Kəsəmənli Azərbaycan poeziyasının parlaq simalarından biridir. "Sevgi şairi" adı ilə anılan Nüsrət Kəsəmənli, Azərbaycan poeziyasında sevgi mövzusuna yeni bir nəfəs gətirib.

"Getmək istəyirsən", "Qadın ürəyi", "Biri vardı, biri yox", "Ana", "Kaş ki", "Sənsizliyi öyrət mənə" kimi şeirlərin müəllifidir. Şairin 150-dək şeirinə musiqi bəstələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə