Anar Kərimov Alim Qasımovu doğum günü münasibətilə təbrik edib

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifəsini icra edən Anar Kərimov milli musiqi sənətimizin görkəmli nümayəndəsi, ustad xanəndə, Xalq artisti Alim Qasımovu ad günü münasibətilə təbrik edib. SİA-nın məlumatına görə, təbrikdə sənətkarın Azərbaycan mədəniyyətinə, muğam sənətimizin yaşadılması, təbliği və dünyada tanıdılmasına böyük töhfələr verdiyi vurğulanıb.

Qeyd olunub ki, Alim Qasımov 40 ilə yaxındır Azərbaycan muğam ifaçılığının ən parlaq simalarından biri kimi ölkəmizdə və onun hüdudlarından uzaqlarda tanınır və sevilir. Alim Qasımovun səsi ilə milli muğam sənətimiz dünyanın mötəbər konsert salonlarında, UNESCO-da yüksək səviyyədə təqdim olunub və rəğbətlə qarşılanıb. Beynəlxalq festival və müsabiqələrin qalibi olan sənətkar UNESCO-nun Musiqi mükafatına, müxtəlif ölkələrin təltiflərinə, həmçinin Azərbaycan Respublikasının Dövlət mükafatına, “Şöhrət” və “Şərəf” ordenlərinə, Heydər Əliyev Fondunun “Qızıl Çinar” Beynəlxalq mükafatına layiq görülüb.

Anar Kərimov Alim Qasımova ən xoş arzularını bildirib, ona möhkəm cansağlığı, yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...