Həsən bəy Zərdabiyə video həsr olunub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı dünyanı bürüyən koronavirus pandemiyası şəraitində fəaliyyətini ciddi karantin rejiminin qaydalarına uyğun olaraq internet üzərindən davam etdirir.

İdarədən SİA-ya bildirilib ki, kitabxana oxucuların asudə vaxtını təşkil etmək, onlarda mütaliəyə marağı artırmaq və Azərbaycanın ictimai-siyasi, mədəni həyatında silinməz izlər qoyan görkəmli şəxsiyyətlərimizlə tanış etmək məqsədilə müxtəlif mövzularda videoçarxlar hazırlayır.

Sosial mediada paylaşılan növbəti videoçarx Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi Həsən bəy Zərdabinin həyat və yaradıcılığına həsr olunub.

Azərbaycanın milli mətbuatının yaranmasında, dilimizin inkişafında, milli teatrın təşəkkül tapmasında misilsiz xidmətlər göstərmiş Həsən bəy Zərdabi irsi haqqında ətraflı məlumatı kitabxananın “Facebook” səhifəsindən izləyə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə