“Dramaturgiyamızın banisi” adlı virtual sərgi təşkil edilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı görkəmli yazıçı, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin doğum günü ilə əlaqədar “Dramaturgiyamızın banisi” başlığı altında virtual sərgi təşkil edib.

İdarədən SİA-ya bildirilib ki, virtual sərgidə yazıçının həyat və yaradıcılığından bəhs edən fotoşəkillər nümayiş olunub.

Sərgi oxucular tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə