AXC-nin imzaladığı ilk beynəlxalq müqavilənin 102-ci ildönümü qeyd olunub

Bu gün İsmayıllı Regional Mədəniyyət İdarəsi İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Yasamal rayon MKS-i ilə birgə Azərbaycan Xalq Cumhuriyyətinin imzaladığı və bununla da AXC dövründə ilk diplomatik əlaqələrinin qurulmasının 102-ci il dönümünə həsr olunmuş “Bir kərə yüksələn bayraq, bir daha enməz” mövzusunda onlayn elmi konfrans təşkil edib. SİA-nın məlumatına görə, konfrasın moderatorları Yasamal rayon MKS-inin direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Lətifə Məmmədova və İsmayıllı rayon MKS-inin direktoru Könül Baxışova konfrans iştirakçılarını salamlayaraq onları konfrasın proqramı ilə tanış ediblər.

Onlyan konfransda “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması” (Gülşən Bəşirova), “AXC-nin fəaliyyətinin Gəncə dövrü” (Nailə Həmzəyeva), “Bakının azad olunması” (Ülkər Hüseynova), “Dövlət quruculuğu. Azərbaycan Parlamenti” (Ruhiyyə Lətifova), “AXC-nin sosial-iqtisadi və mədəni tədbirləri” (Nərgiz Əbilova), “Erməni təcavüzünə qarşı mübarizə” (Esmira Mikayılova), “Beynəlxalq vəziyyət və AXC-nin xarici siyasəti” (Şüküfə Səmədova), “Aprel istilası. AXC-nin süqutu” (Aytəkin Dəmirova), “Müstəqil Azərbaycan – AXC-nin varisidir” (Ayşən Qənbərova), “AXC-nin fəaliyyətinə dair ədəbiyyatın universal biblioqrafik icmalı” (Nailə Həmzəyeva), “AXC-nin Azərbaycan dövlətçilik tarixində yeri və rolu. AXC-nin kitabxanalarda təbliği” (Lətifə Məmmədova) mövzularda qısa məruzələr dinlənilib.

Onlayn konfransa moderatorlar L.Məmmədova və K.Baxışova yekun vuraraq qeyd etdilər ki, Azərbaycan Xalq Cumhuriyyətinin dövlətçilik tariximizdə müstəsna yeri və rolu vardır. Onlar vurğulayıblar ki, müstəqil Azərbaycan Respublikasında dövlət müstəqilliyimizin möhkəmləndirilməsi sahəsində böyük işlər görülür.

Sonda İsmayıllı rayon Mərkəzi Kitabxanasının fəal oxucusu Lalə Qədirovanın ifasında M.Ə.Rəsulzadənin “Mayıs duyğuları” şeiri səslənilib.

Onlayn konfrans Yasamal rayon Mərkəzi Kitabxanasının fəal oxucusu Sadiq Nəbilinin ifasında “Oğul dedi mənə Vətən” şeiri ilə başa çatdıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...