25 aprel tarixindən Azərbaycan nümayəndə heyəti gənclərimizin günlərini qeyd etmək üçün Özbəkistana yollanır.
SİA-nın xəbərinə görə, bu səfər artıq 10 yaşını qeyd edən Özbəkistanın tanınmış "Kamolot" İctimai Hərəkatı Şurasının dəvətinə əsasən gerçəkləşir.
Azərbaycan Gəncləri Günləri çərçivəsində bir sıra tədbirlərin, eləcə də yaradıcı gənclərin iştirakı ilə konsert proqramının, gənc rəssamların əsərlərindən ibarət sərgi və moda nümayişinin keçirilməsi nəzərdə tutulub. Tədbirlərdə Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə 21 nəfərlik nümayəndə heyəti iştirak edəcək.
Tədbir 28 aprel tarixinədək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB