Xalq yazıçısı, Yazıçılar Birliyinin katibi, Azərbaycan PEN Klubun prezidenti, Çingiz Abdullayev bu gün Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin başlatdığı #menimsevimliyazarim çağırışına evdən qoşularaq oxucuları ilə görüşəcək.
İdarədən SİA-ya bildirilib ki, Çingiz Abdullayevlə görüş saat 16.10-da Baş İdarənin @bakimedeniyyetidaresi “Instagram” hesabından canlı yayımlanacaq. Oxucular sevimli yazıçı ilə ünsiyyət qurub, onun yaradıcılığı haqqında suallar verib, arzu və istəklərini canlı bağlantıda bildirə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB