Azərbaycanın “Eurovision-2011” təmsilçilərinin Maltadakı çıxışı böyük marağa səbəb olub - FOTO
Azərbaycanın "Eurovision-2011" Mahnı Müsabiqəsindəki təmsilçiləri Eldar və Nigar tanıtım turu çərçivəsində ilk səfərlərini Maltaya edib. Bu barədə SİA-ya İctimai Teleradionun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Malta televiziyasında olan təmsilçilərimiz mayın 10-da Almaniyanın Düsseldorf şəhərində Eurovision səhnəsində ifa edəcəkləri "Running Scared" mahnısı ilə çıxış ediblər.
Daha sonra Maltanın Eurovision təmsilçisi Qlen Vellanın CD-lərin imzalanması mərasimində iştirak edən Eldar və Nigar yerli "PBS news", "Malta Sundey Times" və digər media mənsublarına müsahibə veriblər.
Maltaya ilk dəfə səfər etdiklərini deyən Eldar və Nigar buranın gözəl təbiət mənzələrələrinə, zəngin mədəniyyətinə və qonaqpərvər insanlarına heyran olduqlarını bildiriblər.
Eldar və Nigar "Running Scared" mahnısının Maltada müsbət təəssürat yaratdığını deyib. Nigar: "Burda uzun müddət qalmaq istərdim, amma qarşıda bizi Sankt-Perterburq gözləyir" deyib.
Qeyd edək ki, Eurovision təmsilçilərimiz tanıtım turu çərçivəsində yaxın günlərdə Sankt-Peterburq, Tallin və San-Marinoya səfər edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB